Lose Yourself

"Lose Yourself"
8 Mil Film Musiqisi albomundan
8 Mil Film Musiqisi albomundan
İfaçı Eminem
Albom 8 Mil
Yayımlanıb 28 Oktyabr 2002
Yazılma tarixi Sentyabr 2001-2002
Janr Rep
Dil İngilis
Müddət

5:26 (albom versiyası)

4:26 (senzuralı versiyası)
Bəstəkar
Sözlərin müəllifləri Marshall Mathers, Luis Resto, Jeff Bass
Prodüser Marshall Mathers, Luis Resto, Jeff Bass
Studiya Shady, Aftermath, Interscope
Leybl Aftermath Entertainment, Interscope Records

Amerikalı reper Eminemin baş rolda oynadığı 8 Mil filmi üçün yazdığı mahnıdır. Mahnının hazırlanmasında Luis Resto və Jeff Bass-ın da əməyi var. Mahnı dəfələrlə zirvəyə çıxmağı bacardı. Bu sıralar arasında Billboard Hot 100UK Singles Chart mövcuddur. Ən Yaxşı Mahnı Akademiya Mükafatı və iki Qremmi Mükafatı qazanan mahnı həmçinin, iki Qremmi mükafatına da namizəd göstərilib. VH1 bu mahnını son 25 ilin ən yaxşı 100 mahnısı sırasında 4-cü yerə qoymuşdu.[1] Həmçinin Rolling Stone jurnalı mahnını "Tarixin ən yaxşı 500 mahnısı" siyahısında 166-cı yerə qoymuşdur.[2] 2009-cu ilin martında ABŞ-də 2 milyon dəfə endirilərək bu sayda satan ikinci ən köhnə mahnı oldu. Həmçinin Eminem-in bu qədər çox endirilən ilk mahnısıdır.[3] Bununla yanaşı mahnı Birləşmiş Ştatlarda 13 həftə ərzində 1-ci yerdə qalmıb. İngiltərə Premyer Liqasında oyundan əvvəl futbolçulara mahnını dinlətdirildiyi iddiası İngiltərədə qalmaqal yaratmışdı.

  1. "VH1". 2009-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.
  2. "Rolling Stone". 2014-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.
  3. "Yahoo Chart". 2009-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy